Azərbaycan millisinin qatılacağı Avropa çempionatının bütün iştirakçıları məlum olub

Azərbaycan millisinin qatılacağı Avropa çempionatının bütün iştirakçıları məlum olub
# 01 iyun 2015 11:05 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin də qatılacağı yarışda mübarizə aparacaq 16 komandanın yer alacağı qruplar bəllidi.

Pley-off mərhələsində Slovakiyanı “Qızı set”də məğlub edən Azərbaycan yığması B qrupunda mübarizə aparacaq. Antverpendə çıxış edəcək komandamız Belçika, Türkiyə və Macarıstanla qüvvəsini sınayacaq.

Aleksandr Çervyakovun yetirmələri ilk matçını sentyabrın 26-da Türkiyəyə qarşı keçirəcək. Ertəsi gün Belçikanı sınağa çəkəcək komandamız ayın 28-dəki son turda Macarıstanla üz-üzə gələcək.

A qrupu

Apeldorn (Hollandiya): Hollandiya (ev sahibi), İtaliya (AVRO-2013-dəki nəticəsinə əsasən), Polşa (seçmə mərhələdə qrup qalibi), Sloveniya (pley-offun qalibi)


B qrupu

Antverpen (Belçika): Belçika (ev sahibi), Türkiyə (seçmə mərhələdə qrup qalibi), Macarıstan (seçmə mərhələdə qrup qalibi), Azərbaycan (pley-offun qalibi)


C qrupu

Rotterdam (Hollandiya): Rusiya (son Avropa çempionu), Xorvatiya (AVRO-2013-dəki nəticəsinə əsasən), Bolqarıstan (seçmə mərhələdə qrup qalibi), Belarus (pley-offun qalibi)


D qrupu

Eindhoven (Hollandiya): Serbiya, Almaniya (hər ikisi AVRO-2013-dəki nəticəsinə əsasən), Rumıniya, Çexiya (hər ikisi seçmə mərhələdə qrup qalibi)

Qeyd: Komandaların qarşısında final mərhələsinə necə vəsiqə qazanmaları göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR