"Bank BTB" nizamnamə kapitalını artırır

"Bank BTB" nizamnamə kapitalını artırır
# 22 aprel 2015 14:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Aprelin 23-də Bakı Fond Birjasında “Bank BTB” ASC-nin adi sənədli adlı səhmlərinin alternativ bazar seqmentində yerləşdirilməsinə başlanılacaq.

Birjadan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 5,160 mln. manat, bir səhmin nominal dəyəri 1000 manat təşkil edir.

Yerləşdirmədə anderrayter kimi “Unicapital” MMC çıxış edəcək. Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 11,51% artaraq 50 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR