Turizm sahəsində elektron marketinq üzrə işçi qrupu yaradılıb

Turizm sahəsində elektron marketinq üzrə işçi qrupu yaradılıb
# 28 oktyabr 2015 14:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanın turizm potensialının elektron marketinq vasitələri ilə təbliği məqsədilə turizm sahəsində elektron marketinq üzrə işçi qrupu yaradılıb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yaradılan işçi qrup qurumun marketinq planına əsasən hədəf bazarlarında aidiyyəti kampaniyaların təşkilində, xarici internet portallarında ölkəmizin turizm potensialının təbliğ olunması üçün müvafiq layihələrin həyata keçirilməsində, eləcə də gəlmə turizm üzrə marketinq tədqiqatlarının aparılmasında iştirak edəcək:

“Hazırda dünyada 3 milyarddan artıq insan internetdən istifadə edir. Bu da öz növbəsində qlobal internet məkanını təbliğat üçün effektiv bir vasitəyə çevirmiş olur. Bir sıra xarici ölkələrin təcrübəsinin təhlili göstərir ki, son zamanlar turizm və iqtisadiyyatın digər sahələrində elektron marketinq daha geniş istifadə olunur. Ənənəvi təbliğat vasitələrindən fərqli olaraq, elektron marketinq az maliyyə vəsaiti tələb etməklə daha çox effektiv təbliğat və informasiya təsirinə malikdir” – deyə, məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR