Gəncə. Azər Məmmədli - APA. Gəncənin Məhsəti qəsəbəsində qadın meyiti aşkarlanıb. Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın qərb bürosuna verilən məlumata görə meyit aprelin 13-də aşkarlanıb.
Gəncə şəhər Prokurorluğunda aparılan araşdırmalar zamanı məlum olub ki, dünyasını dəyişən Sevinc qəsəbəsində tüfeyli həyat sürən, 1941-ci il təvəllüdlü, rus milliyyətli Babirova Tamara Vinisovnadır.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.