Avropa və Yaxın Şərq ölkələri ABŞ istehsalı olan Patriot sistemlərinin məhdud əlçatanlığı səbəbindən Avropanın SAMP/T NG hava hücumundan müdafiə sistemlərinin alınmasını nəzərdən keçirirlər.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, "Eurosam" konsorsiumu artıq Küveyt və Macarıstanla mümkün tədarükləri müzakirə edir.
SAMP/T NG sisteminə İsveçrə və Estoniya da daxil olmaqla təxminən 15 ölkə maraq göstərir.
Agentlik qeyd edir ki, SAMP/T NG "Patriot" sistemlərinə Avropa alternativi kimi təqdim olunur.