Şabranda 3 otaqlı, Xırdalanda isə 5 otaqlı ev yanıb

Şabranda 3 otaqlı,  Xırdalanda isə 5 otaqlı ev yanıb
# 28 oktyabr 2014 20:49 (UTC +04:00)

Bakı-APA. Şabran və Xırdalanda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şabran rayonu, Udulu kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın olub. Nəticədə, evin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 225 kv.m olan kürsülü ikimərtəbəli 5 otaqlı evdə yanğın olub. Nəticədə, evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 15 kv.m sahədə, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan və mətbəx mebeli yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR