Böyük Britaniya Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcminə görə liderdir

Böyük Britaniya Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcminə görə liderdir
# 17 aprel 2015 14:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-mart aylarında xarici mənbələrdən əsas kapitala 1464,4 mln. manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ilin əvvəlindən bəri hər ay xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi artıb. Belə ki, yanvarda xaricə mənbələrdən 423,3 mln, fevralda 387,7 mln, martda 653,4 mln. manat vəsait yönəldilib.

Komitənin sosial-iqtisadi inkişaf büllüteninə nəzər salanda məlum olur ki, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 1237,5 mln. manatı (84,5%-i) Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, İran, ABŞ və Yaponiya ölkələrinin sərmayədarlarına məxsus olub. Azərbaycanda əsas kapitala ən az vəsait yönəldən ölkə isə İtaliya olub - 24,6 mln. manat.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR