Əli Həsənov Küveyt Dövlətinin baş naziri ilə görüşüb - FOTO

Əli Həsənov Küveyt Dövlətinin baş naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 01 aprel 2015 12:43 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Küveyt Əmirliyinə rəsmi səfəri çərçivəsində baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Küveyt Dövlətinin baş naziri Şeyx Cabir Əl-Mübarək Əl-Hamad Əl-Sabah ilə görüşüb.

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə.Həsənov görüşdə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Küveytin əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabaha çatdırmağı xahiş edib.

Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Ə.Həsənov görüşdə xüsusi olaraq diqqətə çatdırıb ki, Azərbaycan Suriyadan olan erməni əsilli qaçqınların Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilməsindən narahatdır. Azərbaycanla Küveyt Dövləti arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran baş nazirin müavini gələcəkdə münasibətlərin daha da yaxınlaşması istiqamətində addımlar atılacağını söyləyib. Ə.Həsənov Azərbaycan prezidentinin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası barədə ətraflı məlumat verərək bildirib ki, qarşıdakı illərdə Azərbaycanda işsizlik minimum həddə enəcək, ölkəmiz inkişaf etmiş dövlətlər sırasına daxil olacaq, milli iqtisadiyyatın neftdən asılılığı aradan qaldırılacaq. O, baş nazir Artur Rəsizadənin Şeyx Cabir Əl-Mübarək Əl-Hamad Əl-Sabahın ölkəmizə rəsmi səfərə dəvət etdiyini diqqətə çatdırıb.

Küveyt baş naziri ölkəsinin Azərbaycan ilə yüksək səviyyəli əlaqələr qurmaqda maraqlı olduğunu, Küveytin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR