“Abituriyent” jurnalının 1-ci sayı nəşr olunub

“Abituriyent” jurnalının 1-ci sayı nəşr olunub
# 27 fevral 2015 11:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 1-ci sayında 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna aid rəsmi və metodiki materialları təqdim edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hər bir abituriyent tələbə qəbulunun hüquqi əsaslarını təşkil edən və ən etibarlı oriyentir rolunu oynayan bu materiallarla diqqətlə tanış olub öz fəaliyyətini bunların tələblərinə uyğun qurmalıdır.


Jurnalda 2015/2016 - cı tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları, ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları, hərbi liseylərə qəbul imtahanı proqramları, ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları, “Soruşun, cavab verək” rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları, test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR