Xoşbəxt Yusifzadə: “Neft hasilatının artırılması ən vacib problemlərdən biridir”

Xoşbəxt Yusifzadə: “Neft hasilatının artırılması ən vacib problemlərdən biridir”
# 12 mart 2015 14:38 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, AMEA prezidenti Akif Əlizadə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə Rusiya Təbiət Elmləri Akademiyasının verdiyi fəxri medalı təqdim edib.


AMEA-nın müxbir üzvü Geylani Pənahov Karbohidrogenlərin çıxarılması və nəqli üçün innovativ texnologiyalar haqda elmi məruzə ilə çıxış edib. G.Pənahov bu sahədə tədqiqatlar aparıldığını bildirib: “Biz Azərbaycandakı laboratoriyalarda, Moskvada, Çində, ABŞ-da bu sahədə tədqiqatlar aparmışıq. Bu sahədə bizim patentlərimiz var. Çində apardığımız tədqiqatlar nəticəsində ümumilikdə 7 min barel əlavə neft hasil olunub”.


X.Yusifzadə neft hasilatının artırılmasının hazırda ən vacib problem olduğunu bildirib: “Ona görə də biz hər bir təklifə ciddi yanaşmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR