Bank rəhbəri: "Depozitlər üzrə hazırkı faiz dərəcələri yüksək olduğuna görə, kredit faizlərini endirmək olmur"

Bank rəhbəri: "Depozitlər üzrə hazırkı faiz dərəcələri yüksək olduğuna görə, kredit faizlərini endirmək olmur"
# 04 iyun 2015 10:42 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan banklarının təklif etdiyi depozit və kredit faizləri yüksəkdir.

"APA-Economics"in xəbərinə görə, bunu "Unibank" ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.

"Depozitlər üzrə faiz dərəcəsi 9-9,5% ətrafında formalaşıb. Bununla belə, mən düşünürəm ki, depozitlər üzrə faiz dərəcəsi yüksəkdir. Hesab edirəm ki, depozitlər üzrə faiz dərəcələrinin aşağı salınması kreditlər üzrə faiz dərəcələrinin də enməsinə səbəb olacaq. Bu, kredit götürən şəxslərin xərclərinin azalmasına gətirəcək", - deyə bankir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR