Bakıdakı iki iri marketdə süni qiymət artımının qarşısı alınıb

Bakıdakı iki iri marketdə süni qiymət artımının qarşısı alınıb
# 17 mart 2015 14:18 (UTC +04:00)

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, İ. İsmayılov küçəsi, 28 ünvanında yerləşən "Fərid" müstəqil şirkətinə məxsus "Premiummart" marketdə və Binəqədi rayonu, S.S. Axundov küçəsi, 85A ünvanında Sevinc Məhərrəmovaya məxsus "Unimart" marketdə aparılan yoxlama zamanı nəzarət kassa aparatının yaddaşındakı qiymətlərlə malların yarlığında göstərilən qiymətlər arasında fərq yaradılmaqla, istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Əsassız qiymət artımına yol verən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR