Azərbaycan Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 47 dəfə pozulub

Azərbaycan Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 47 dəfə pozulub
# 10 dekabr 2014 06:44 (UTC +04:00)

Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR