Bu gün Nobel prospektində nəqliyyatın hərəkəti dayandırılacaq

Bu gün Nobel prospektində nəqliyyatın hərəkəti dayandırılacaq
# 01 avqust 2014 07:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün saat 11: 00-dan Nobel prospektində (Zığ şossesi istiqamətində) yolun iki zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yolun bağlanması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə həyata keçirilir.

Bununla əlaqədar qurum sürücülərə alternativ olaraq Heydər Əliyev və Babək prospektlərindən istifadə etmələrini tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR