Sabirabadda fərdi yaşayış evi yanıb

Sabirabadda fərdi yaşayış evi yanıb
# 24 iyun 2016 10:17 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabadda elektrik naqilində baş verən qısaqapanma fərdi yaşayış evində yanğına səbəb olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qarağac kəndində 1975-ci il təvəllüdlü Əliyev Cəlil Tapdıq oğluna məxsus 35 kvadratmetr sahəsi olan birmərtəbəli evin 20 kvadratmetr sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsinə Sbirabad və Şirvan yanğından mühafizə xidmətlərinin 2 avtomobili və canlı qvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR