Mübariz Qurbanlı Türkiyə Dəyanət İşlərinin keçmiş başqanını qəbul edib

Mübariz Qurbanlı Türkiyə Dəyanət İşlərinin keçmiş başqanını qəbul edib
# 21 aprel 2015 12:20 (UTC +04:00)

Komitədən APA-ya verilən məlumata görə, görüş zamanı Təyyar Altıkulac ölkəmizə etdiyi səfərləri, Heydər Əliyevlə görüşlərini xatırladıb. Qonaq bildirib ki, Azərbaycan hər zaman tolerantlığı, milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilib. Azərbaycanın iqtisadi inkişafından, ölkəmizdə dini etiqad azadlığının təmin olunmasından, dövlətin dinə qayğısından, ölkəmizdəki dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edən Təyyar Altıkulac Azərbaycanın uğurlarına hər zaman sevindiyini bildirib.

M. Qurbanlı isə qeyd edib ki, Təyyar Altıkulac Türkiyə Dəyanət İşləri başqanı olduğu dönəmdən Azərbaycanla din sahəsində münasibətlər yüksək səviyyədə qurulub. Onun iki ölkə arasında din sahəsində əlaqələrin inkişaf etdirilməsində böyük xidmətləri var. M. Qurbanlı yaxın tarixdə Türkiyəyə rəsmi səfərindən, orada keçirdiyi səmərəli görüşlərdən danışaraq bildirib ki, bu səfər iki ölkə arasında din sahəsində əlaqələrin daha da genişlənməsi və təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir.

Görüş zamanı İslam dininin, müsəlman ölkələrinin indiki durumu, bütün dünyada yaşanan İslamafobiya prosesləri, İslam dini altında radikal cərəyanların yayılması və İslamı nüfuzdan salmaq cəhdləri barədə geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR