Bank Of Baku

Macarıstanın Baş naziri: Ukrayna Aİ-yə üzv olmağa hazır deyil

Macarıstanın Baş naziri Peter Magyar

© APA | Macarıstanın Baş naziri Peter Magyar

# 03 sentyabr 2026 22:27 (UTC +04:00)

Ukrayna hazırda Avropa İttifaqına üzv olmağa hazır deyil.

APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Magyar Budapeştdə keçirdiyi mətbuat konfransında bildirib.

Ukraynanın Aİ-yə üzvlüyə hazırlığı ilə bağlı suala cavab verən Baş nazir ölkənin hazırda müharibə vəziyyətində olmasını əsas səbəblərdən biri kimi göstərib.

“Bu, müharibə vəziyyətində olan ölkədir. O, açıq şəkildə Avropa İttifaqına daxil olmağa hazır deyil. Aİ və ya üzv dövlətlərin liderləri Ukraynanı nəyə inandırmağa çalışsalar da, mən bunu yanlış hesab edirəm”, – deyə Magyar bildirib.

Macarıstanın Baş naziri, həmçinin Kiyev hakimiyyətinin Zakarpatiyada yaşayan etnik macarların hüquqlarının bərpası ilə bağlı Budapeşt qarşısında götürdüyü öhdəlikləri hələ yerinə yetirmədiyini bildirib.

Onun sözlərinə görə, söhbət 2015-ci ildən sonra etnik macarların məhdudlaşdırıldığı bildirilən hüquqlarının bərpasından gedir.

Magyar qeyd edib ki, Budapeşt indiyədək bu razılaşmanın icrası istiqamətində irəliləyiş görmür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR