ABŞ prezidenti Belarusa qarşı sanksiyaların müddətini uzadıb

ABŞ prezidenti Belarusa qarşı sanksiyaların müddətini uzadıb
# 10 iyun 2016 22:11 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Belarusa qarşı sanksiyaların müddətini uzadıb.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında deyilir.

“Belarus hökumətinin müəyyən təmsilçiləri ABŞ-ın mili təhlükəsizliyi və xarici siyasətinə həddən artıq təhlükə yaradırlar. Onlar həmçinin Belarusda demokratik proseslərə və demokratiya institutlarının fəaliyyətinə mane olurlar”, məlumatda deyilir.

Xatırladaq ki, Belarusa qarşı ilk sanksiyaları 2006-cı ildə ABŞ prezidenti Corc Buş tətbiq edib.

2016-cı ilin fevralında isə Avropa İttifaqı Şurası Belarusa qarşı tətbiq edilən sanksiyaları aradan qaldırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR