Əbülfəs Qarayev Oksford Universitetində keçirilən konfransda çıxış edib

Əbülfəs Qarayev Oksford Universitetində keçirilən konfransda çıxış edib
# 24 oktyabr 2015 14:34 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İngiltərənin Oksford Universitetində keçirilən Əbdüləziz Saud Əl-Babteyn Mədəniyyət Fondunun “Paylaşılan dünyanın çağırışları” mövzusunda olan 15-ci konfransında iştirak etmək üçün Londona səfər edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, BMT Sivilizasiyalar Alyansının təşkilatçılığı və Müqəddəs Entoni Kollecinin Orta Şərq Mərkəzinin himayəsi altında keçirilən konfransda çıxış edən Ə. Qarayev Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə qlobal mədəniyyətlərarası dialoq hərəkatını nəzərdə tutan Bakı Prosesi, ölkə başçısının təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, habelə 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında məlumat verib.

Nazir Azərbaycanın multikultural tarixi ənənələrinə, tolerant, təbii həyat tərzinə, dövlətin mədəniyyətlərarası və dinlərarası dialoq hərəkatına dəstəyinə, həmçinin hökumətlə xalqın bu kimi məsələlərdə qarşılıqlı harmonik münasibətlərinə toxunub və çıxışının sonunda hər kəsi Bakıda keçiriləcək 7-ci Qlobal Forumda iştirak etməyə dəvət edib.

Səfər çərçivəsində Ə. Qarayevlə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri arasında görüşün keçirilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7–ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixində Bakıda keçirilməsinə dair Saziş”in imzalanması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR