ABŞ-da iki məktəb avtobusu toqquşub, 15 nəfər xəsarət alıb

ABŞ-da iki məktəb avtobusu toqquşub, 15 nəfər xəsarət alıb
# 14 aprel 2015 02:14 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Texas ştatında iki məktəb avtobusu toqquşub.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, insident Xyuston şəhərində baş verib.

Hadisə nəticəsində bir avtobus sürücüsü və 14 şagird xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.

Qəzanın başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR