ABŞ diplomatı Dağlıq Qarabağ danışıqlarında yaranan durğunluqdan məyus olduqlarını açıqlayıb

ABŞ diplomatı Dağlıq Qarabağ danışıqlarında yaranan durğunluqdan məyus olduqlarını açıqlayıb
# 09 dekabr 2014 12:55 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı – APA. “ATƏT-in Minsk Qrupunun həmsədrləri Bazeldə bəyanatla çıxış ediblər. Bildiyiniz kimi, Birləşmiş Ştatlar Minsk Qrupunun həmsədrlərindən biridir və ümumi bəyanat həm də Birləşmiş Ştatların mövqeyini əks etdirir”.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan deyib.

D. Hoqan sülh danışıqlarında yaranan durğunluqdan məyus olduqlarını və narahatlıq keçirdiklərini söyləyib: “Biz hər iki tərəfi sülh danışıqları prosesinə dəstək verməyə çağırırıq”.


Diplomat bildirib ki, həmsədrlər bölgədə baş verən hadisələri yaxından izləyirlər və onların növbəti səfəri Azərbaycan və Ermənistan hökumətlərindən asılıdır: “Hökumətlər nə vaxt onlar üçün müəyyən tarix təyin etsələr, o zaman həmsədrlər bölgəyə səfər edəcəklər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR