Xarici işlər nazirinin müavini: "Bir-iki deputat Avropa Parlamenti demәk deyil"

Xarici işlər nazirinin müavini: "Bir-iki deputat Avropa Parlamenti demәk deyil"
# 14 may 2015 19:58 (UTC +04:00)

APA-nın mәkumatına görә, bu sözlәri Azәrbaycanın xarici işlәr nazirinin müavini Mahmud Mәmmәdquliyev Avropa Parlamentindә Azәrbaycanın әleyhinә müzakirәlәrin keçirilmәsi ilә bağlı açıqlamasında deyib.

"Bir-iki deputat, bir iki QHT vә tәәssüf ki, bizim orada yaşayan vәtәndaşlarımız yığışıb müzakirә edirlәr. Bu Avropa Parlamenti demәk deyil. Bizdә Milli Mәclisdә 2 deputat nәsә deyirsә, bu o demәk deyil ki, bu Milli Mәclisin mövqeyidir. Avropa Parlamentinin 750 üzvü var. Orada 5 siyasi qrup var, hәrәsindәn bir nәfәr iştirak edir. Bu Avropa Parlamentinin vә ya siyasi partiyaların mövqeyi demәk deyil. Belә hadisәlәrә bu qәdәr fikir vermәk lazım deyil",- deyә nazir müavini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR