Dövlət Gömrük Komitəsinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib
# 30 oktyabr 2015 12:20 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Kürdəmirdəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Zərdab, Göyçay rayonlarında yaşayan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.

Komitənin mətbuat xidmətindən “APA-Economiucs”ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin müvafiq struktur rəhbərlərinin də iştirak etdiyi qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR