Azərbaycanda həyat sığortası bazarı 56% artıb

Azərbaycanda həyat sığortası bazarı 56% artıb
# 14 avqust 2014 11:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanan sığorta haqlarının 25,2%-i və ya 63,5 mln. manatı həyat sığortası üzrə yığımların payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 22,83 mln. manat və ya təxminən 56% böyüyüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, həyat sığortası üzrə yığımların 51,6% və ya 32,8 mln. manatı həyatın yaşam sığortasının, 33%-i və ya 21 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 15%-i və ya 9,5 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 239 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2014-cü ilin ilk 7 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 4,8 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 6,2%-ni təşkil etməklə 2013-cü ilin eyni dövrünə nisbətən 2,3 mln. manat və ya təxminən 94% çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 53,1%-i və ya 2,55 mln. manatı həyatın yaşam sığortasının, 36,2%-i və ya 1,74 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 10,4%-i və ya 0,5 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 12 500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 7,56 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-iyul aylarında bu göstərici 6,07 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR