Bank Of Baku

Merz: Avropa Rusiya ilə Ukraynaya dair danışıqlara hazırdır

Almaniya kansleri Fridrix Merz

© APA | Almaniya kansleri Fridrix Merz

# 05 iyun 2026 21:37 (UTC +04:00)

Avropa Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Rusiya ilə danışıqlara hazırdır.

APA Almaniya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Monteneqronun Tivat şəhərində keçirilən Aİ–Qərbi Balkanlar sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Kanslerin sözlərinə görə, belə bir formatda avropalıların danışıqlar masasında təmsil olunması tamamilə təbiidir.

Merz bildirib ki, Ukraynada sülhün bərqərar olması Avropanın fundamental maraqlarına cavab verir.

“Avropa tərəfdən danışıqlara hazır olmaq baxımından heç bir çatışmazlıq olmayacaq”, – deyə Almaniya kansleri əlavə edib.

O həmçinin qeyd edib ki, iyunun 7-də Londonda Almaniya, Böyük Britaniya və Fransanın daxil olduğu E3 formatında görüş keçiriləcək. Görüşdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski ilə növbəti addımlar müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR