MN erməni silahlı bölmələrinin Azərbaycan Ordusunun mövqelərini sutka ərzində 44 dəfə atəşə tutduğunu açıqlayıb

MN erməni silahlı bölmələrinin Azərbaycan Ordusunun mövqelərini sutka ərzində 44 dəfə atəşə tutduğunu açıqlayıb
# 21 mart 2015 07:48 (UTC +04:00)

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Şıxlar, Şuraabad, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR