Səfirlik: Bavariyadakı qaçqın düşərgəsində baş verən yanğınla bağlı 40 nəfərlik istintaq qrupu araşdırma aparır

Səfirlik: Bavariyadakı qaçqın düşərgəsində baş verən yanğınla bağlı 40 nəfərlik istintaq qrupu araşdırma aparır
# 25 avqust 2015 10:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində baş verən yanğınla bağlı 40 nəfərdən ibarət xüsusi istintaq qrupu araşdırma aparır".

Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib. Səfirlik AFR-in hüquq-mühafizə orqanları ilə müntəzəm əlaqə saxlayaraq hadisənin araşdırılmasını diqqətdə saxlayır.

"Səfirliyimizin Oberpfalts Baş Polis İdarəsindən əldə etdiyi məlumata görə, hazırda araşdırma qəsdən yanğın törətmə ehtimalı üzərində aparılır. Amma hələ ki şübhəli şəxs qismində heç kəs aşkar olunmayıb. Hal-hazırda şahidlərin dindirilməsi davam etdirilir”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR