Moldovanın sabiq baş prokuroru Aleksandr Stoyanoglo Qaqauz Muxtar Yerinin rəhbəri vəzifəsi üçün keçirilən növbədənkənar seçkilərdə səslərin əksəriyyətini qazanaraq qalib gəlib.
APA xəbər verir ki, Moldovanın Mərkəzi Seçki Komissiyasının bütün seçki məntəqələrindən daxil olan məlumatların emalından sonra açıqladığı ilkin nəticələrə əsasən, Stoyanoglo seçicilərin 58,7 faizinin səsini toplayıb.
Onun rəqibi, Sosialistlər Partiyasının namizədi Fyodor Qaqauz isə 41,2 faiz səs qazanıb.