Federal Tədqiqatlar Bürosu FİFA-nın dünya çempionatlarını Rusiya və Qətərdə keçirilməsi barədə qərarını yoxlayacaq

Federal Tədqiqatlar Bürosu FİFA-nın dünya çempionatlarını Rusiya və Qətərdə keçirilməsi barədə qərarını yoxlayacaq
# 03 iyun 2015 19:22 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Federal Tədqiqatlar Bürosu Beynəlxalq Futbol Federasiyası Assosiasiyasının (FİFA) korrupsiya işi çərçivəsində 2018 və 2022-ci il dünya çempionatlarını Rusiya və Qətərdə keçirilməsi barədə qərarını yoxlamaq niyyətindədir.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyinə Federal Tədqiqatlar Bürosundakı mənbə bildirib.

FTB-də xəbəri nə təsdiq, nə də təkzib ediblər.

“Federal Tədqiqatlar Bürosu apardığı carı araşdırmalar barəsində şərh vermir”, deyə Büro rəsmisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR