Bakı.Vüsal Nəbiyev - APA-Economics. "Bank VTB (Azərbaycan)" gələn həftədən etibarən manatla kreditləşməni tam bərpa edəcək.
"APA-Economics"in məlumatına görə, bu barədə “Bank VTB (Azərbaycan)”ın pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev məlumat verib.
Onun sözlərinə görə, manatla veriləcək kreditlərin orta faiz dərəcəsi 24-26% təşkil edəcək, maksimum faiz dərəcəsi 29%-dən yüksək olmayacaq.
T.Vəliyev əlavə edib ki, manatla maksimum 11 min manatadək kredit verilə bilər.