Samux. Azər Məmmədli - APA. Samux rayonunda bədbəxt hadisə baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb. Kənd sakini 1992-ci il təvəllüdlü Nicat Mustafayev kənd ərazisində qırılaraq yerə düşən yüksəkgərginlikli elektrik naqilinə toxunan zaman cərəyan onu vuraraq öldürüb.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.