Rusiya XİN başçısı: "Prezidentlər təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılığa gəldiklərini bildiriblər"

Rusiya XİN başçısı: "Prezidentlər təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılığa gəldiklərini bildiriblər"
# 20 iyun 2016 18:54 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağda təmas xəttində vəziyyətin normallaşmasına tərəfdar olduqlarını və ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılığa gəldiklərini bildiriblər.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Danışıqlar prosesinin aktivləşməsi ilə bağlı konkret addımlarla yanaşı prezidentlər üçtərəfli bəyanatı razılaşdırıblar, hansı ki, burada təmas xəttində vəziyyətin normallaşmasına öhdəlik, münaqişə zonasında işləyən ATƏT müşahidəçilərinin sayının artırılmasına razılıq ifadə olunub", - deyə Rusiya XİN başçısı qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR