Sabah Dənizkənarı Milli Parkda bayram tədbiri keçiriləcək

Sabah Dənizkənarı Milli Parkda bayram tədbiri keçiriləcək
# 18 mart 2013 11:19 (UTC +04:00)

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA-ya açıqlamasında deyib ki, sabah Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə Qız Qalasından Saat Qülləsinə qədər olan ərazidə Azərbaycanın 30-dan artıq rayon və şəhərlərinə xas olan şirniyyat növləri, xalçalar, mətbəx və mədəniyyət nümunələri, regionların adət-ənənələrinə uyğun folklor nümunələri nümayiş etdiriləcək: “Bundan əlavə, tədbir çərçivəsində rayondan gələrək nümayiş olunacaq bəzi məhsulların satışı da təşkil olunacaq və istənilən şəxs hər hansı bir regiona xas olan məhsulu əldə edə biləcək. Bayram tədbiri çərçivəsində səhərdən axşama kimi böyük konsert proqramı da təşkil olunacaq”.

Saat 10:00-da başlayacaq tədbir axşam saat 21:00-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR