FHN: Bakının mərkəzindəki binada baş verən yanğın 240 kv/m ərazini əhatə edib

FHN: Bakının mərkəzindəki binada baş verən yanğın 240 kv/m ərazini əhatə edib
# 14 iyul 2016 15:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Səbail rayonunda baş verən yanğın istifadə olunmayan və hazırda təmir işləri aparılan 5 mərtəbəli binanın 2-ci mərtəbəsində baş verib. Təxminən 40 dəqiqə ərzində yanğın tam söndürülüb”. APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, binanın mərtəbələr arası örtükləri taxta konstruksiya olduğundan yanğın qısa müddət ərzində geniş əraziyə yayılaraq təxminən 240 kv/m ərazini əhatə edib: “Yanğınsöndürənlərin səyi nəticəsində yanğının binanın digər mərtəbələrinə keçməsinin qarşısı vaxtında alınıb”.

Ə. Novruzov qeyd edib ki, yanğın baş verən əraziyə Nəsimi, Səbail rayon Dövlət Yanğından Mühafizə hissələrinin bölmələri cəlb olunub: “İlk yanğın bölməsi təxminən 3 dəqiqə ərzində hadisə yerinə çatıb. Bizə verilən məlumata görə, yanğın baş verən binada təmir işləri aparıldığından elektrik və qazın verilməsi dayandırılıb”.

Qərargah rəisi onu da qeyd edib ki, hazırda Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, Bakı şəhəri, Səbail rayonu Neftçilər prospektində yanğın hadisəsi qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR