Moskvada “Xocalı rekviyemi” adlı Azərbaycan muğamı, etno və caz gecəsi keçiriləcək

Moskvada “Xocalı rekviyemi” adlı Azərbaycan muğamı, etno və caz gecəsi keçiriləcək
# 17 fevral 2015 13:08 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Fevralın 27-də Rusiya paytaxtında “Xocalı rekviyemi” adlı Azərbaycan muğamı, etno və caz gecəsi keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” beynəlxalq informasiya kampaniyası çərçivəsində baş tutacaq.


Tədbirdə Azərbaycan və Rusiyadan olan uşaqların əl işlərindən ibarət “Müharibəyə yox” adlı rəsm sərgisi də təşkil olunacaq.

“Xocalı rekviyemi” adlı gecədə Azərbaycanın xalq artistləri Fərhad Bədəlbəyli, Alim Qasımov, əməkdar artistlər Fərqanə Qasımova, Raina Sultanova və digərləri çıxış edəcəklər. Tədbir Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycanın Rusiyadakı səfirliyi, Rusiya Azərbaycanlı Gənclər Birliyi və Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR