Türkiyə məhkəmə sistemində kütləvi işdənçıxarmalar və həbslər başlayıb

Türkiyə məhkəmə sistemində kütləvi işdənçıxarmalar və həbslər başlayıb
# 16 iyul 2016 14:21 (UTC +04:00)

Bakı – APA. Türkiyənin məhkəmə-hüquq sistemində çalışan və FETÖ (fətullahçı terror təşkilatı) mənsubu olduğu bildirilən şəxslərin kütləvi şəkildə işdən çıxarılmasına və həbsinə başlanıb.

APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi xəbərə görə, Türkiyənin Məhkəmə-Hüquq Şurası (Hakimlər ve Savcılar Yüksek Kurulu) 2 min 745 hakimin vəzifədən kənarlaşdırılması haqqında qərar qəbul edib. Şuranın özünün isə 5 üzvünün səlahiyyətlərinə xitam verilib.

Ali məhkəmə instansiyası -Yarğıtayın 140 hakiminin həbsi barədə qərar çıxarılıb.

Türkiyədə dövlət idarələri arasındakı mübahisələrə baxan və qanun, qərar layihələrinə rəy verən məhkəmə orqanı – Danıştayın isə 5 üzvü həbs edilib, qurumun daha 4 üzvü yazılı həbs sanksiyası olmadığı üçün qərara tabe olmayacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR