Polis Akademiyasını bitirmiş məzunların zabit vəzifələrinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib

Polis Akademiyasını bitirmiş məzunların zabit vəzifələrinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
# 15 avqust 2014 13:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov qeyd edib ki, bu il Polis Akademiyasının əyani şöbəsini bitirən 120 nəfərin təyinatı şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında püşkatma yolu ilə həyata keçirilib. Nəticədə DİN-in müvafiq əmrləri ilə məzunlardan 44 nəfəri Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində, 76 nəfəri isə daimi yaşadıqları yerlər üzrə respublikanın ərazi polis qurumlarında zabit vəzifələrinə təyin ediliblər.

R. Usubov gənc zabitlərə Polis Akademiyasında aldıqları nəzəri biliklərin praktiki tətbiqində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, inamla inkişafa doğru getmələrini, xalqa və Vətənə sədaqətli xidmətləri ilə polis adını həmişə uca tutmalarını tövsiyə edib.

Tədbirin sonunda gənc zabitlərin suallarını cavablandıran nazir onları narahat edən bəzi problemlərin həlli üçün DİN-in aidiyyəti qurumlarına müvafiq tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR