Rumıniya prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Rumıniya prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
# 20 may 2015 13:53 (UTC +04:00)

Bakı – APA. Rumıniya prezidenti Klaus İohannis Azərbaycan dövlət başçısı İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, K. İohannisin məktubunda deyilir:

“Zati-aliləri, 28 May – Respublika Günü münasibətilə Sizə Rumıniya xalqı adından ən səmimi təbriklərimi və yüksək nailiyyətlər arzularımı çatdırmaqdan məmnunam.

Rumıniya ilə Azərbaycan arasında strateji əməkdaşlıq səviyyəsinə yüksələn dostluq münasibətlərimiz ölkələrimizin iqtisadi əlaqələrinin inkişafına imkan yaradılmasını təmin edir.

Əminəm ki, biz ölkələrimiz arasındakı münasibətlərin bu kontekstdə əsaslı surətdə daha da dərinləşməsini təmin edə bilərik. Sizi Rumıniyaya səfərə dəvət etməkdən şərəf duyuram. Cənab prezident, xahiş edirəm, sizə olan dərin ehtiramımı qəbul edin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR