Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirilib - FOTOSESSİYA

Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 29 oktyabr 2014 12:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətində ədliyyə naziri Fikrət Məmmədovun xidmət əməkdaşları qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar penitensiar müəssisələrdə saxlanılan şəxslərin əməyə cəlb olunmasına və istifadədə olan nəqliyyat vasitələrinin istismar qaydalarına riayət edilməsinə həsr olunmuş müşavirə keçirilib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə tabe qurumların rəhbərləri, Baş idarənin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları iştirak ediblər.

Müzakirə olunan məsələlərlə bağlı xidmət sahələrinin hesabatları və bir sıra qurum rəhbərlərinin çıxışları dinlənilib, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR