“DəmirBank” kartları ilə ödəniş edənlər mükafatlandırılıb

“DəmirBank” kartları ilə ödəniş edənlər mükafatlandırılıb
# 01 may 2015 13:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Üç qat bonus” kampaniyası çərçivəsində “DəmirBank” kartları ilə hesab.az ödəmələr portalında ödəniş edib yüksək xal toplayanlar bank tərəfindən mükafatlandırılıb.

Bankdan “APA-Economics”ə verilən məlumata əsasən, qaliblərə topladıqları bonus xalların müqabilində VİSA Gold, VİSA Platinum, Priority Pass kartları və mobil telefon “charger” aləti kimi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “DəmirBank” müştərilərinə geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təklif edir. Bank eyni zamanda plastik kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq kimi xidmətlər təqdim edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

“DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR