Mənzildə halsız vəziyyətdə aşkarlanmış Sumqayıt sakini xilas edilib

Mənzildə halsız vəziyyətdə aşkarlanmış Sumqayıt sakini xilas edilib
# 15 oktyabr 2014 18:44 (UTC +04:00)

Bakı – APA. Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə eyvandan daxil olublar. Halsız vəziyyətdə aşkar olunmuş vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:04-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR