Avropa İttifaqına ilin əvvəlindən qeyri-qanuni yolla 1,2 mln miqrant gəlib

Avropa İttifaqına ilin əvvəlindən qeyri-qanuni yolla 1,2 mln miqrant gəlib
# 10 noyabr 2015 23:54 (UTC +04:00)

Bakı-APA. Aİ-nin “Frontex” sərhəd nəzarəti agentliyinin məlumatına görə, 2015-ci ilin yanvarın 1-dən noyabrən 1-dək Avropa İttifaqına qeyri-qanuni yolla 1,2 mln miqrant gəlib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə agentliyin saytında dərc edilən məlumatda bildirilir.

Məlumata görə, bu ötən ilki göstəricidən (282 min) dörd dəfə çoxdur.

Qeyd edək ki, bundan əvvəl Lüksemburqun XİN rəhbəri Jan Asselborn Aİ-nin qaçqınların qəbulu üzrə yeni mərkəzlərin yaradılması məsələsinin nəzərdən keçirdiyini bildirib. Qaçqınların qeydiyyatının aparılması və geri qaytarılmasını təmin etmək üçün Aİ-yə üzv olan dövlətlərdə, həm də Aİ-yə üzv olmayan Balkan ölkələrinin ərazisində miqrantların qəbulu üzrə yeni mərkəzlərin yaradılması istisna olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR