Ellada Məmmədli: “Qubad İbadoğlunun pozuntularla bağlı arayışının obyektiv araşdırılacağına inanmıram”

Ellada Məmmədli: “Qubad İbadoğlunun pozuntularla bağlı arayışının obyektiv araşdırılacağına inanmıram”
# 29 oktyabr 2014 13:48 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli Sevinc Hüseynovanın partiyanın Mərkəzi-Nəzarət Təftiş Komissiyasına (MNTK) sədr seçilməsinə münasibət bildirərkən deyib. O bildirib ki, S. Hüseynova hər zaman hazırkı başqan Arif Hacılını dəstəkləyib.

E. Məmmədli başqanlığa sabiq namizəd Qubad İbadoğlunun qurultaydakı pozuntulara dair arayışının MNTK tərəfindən obyektiv araşdırılacağına inanmadığını vurğulayıb: “Biz bu haqda öncədən fikir bildirmişdik. Sevinc Hüseynova isə obyektiv olacağını söyləyib. Müsavatın sosial şəbəkədəki qapalı qrupunda Qubad İbadoğlu Qubadlı rayon təşkilatı tərəfindən Nizamnaməyə uyğun olmayaraq Məhəbbət Muradlının partiyadan qovulması ilə əlaqədar imza kampaniyası başlatmışdı. Sevinc Hüseynova isə sərt şəkildə kampaniyanın dayandırılması ilə bağlı xəbərdarlıq etdi. Bütün bunlar göstərir ki, Sevinc Hüseynova qeyri-obyektiv mövqe tutacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR