Mixail Lixaçov: “Çimərlik futbolu sahəsində Azərbaycanın təcrübəsindən istifadə etmək lazımdır”

Mixail Lixaçov: “Çimərlik futbolu sahəsində Azərbaycanın təcrübəsindən istifadə etmək lazımdır”
# 30 iyun 2015 12:20 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. “Bakı-2015 I Avropa Oyunları zamanı çimərlik futbolu üzrə yarışların keçirilməsi bu idman növünün Olimpiada proqramına daxil edilməyə layiq olduğunu nümayiş etdirdi”.


APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu çimərlik futbolu üzrə Rusiya milli komandasının baş məşqçisi Mixail Lixaçov deyib.

“Avropa Oyunları zamanı Bakıda FİFA və Olimpiya Komitəsinin nümayəndələri ilə ünsiyyət imkanı oldu. Hamı başa düşür ki, böyük futbol Olimpiya oyunlarında o qədər də yüksək marağa səbəb olmur. Çimərlik futbolu isə Olimpiya oyunlarının proqramına daxil olan digər idman növlərindən fərqli olaraq, əlavə infrastruktur tələb etmir, çimərlik voleybolu üçün stadiondan da istifadə etmək olar”, - deyə Lixaçov söyləyib.

M. Liçaxov çimərlik futbolunun böyük tamaşaçı auditoriyası cəlb etdiyinə görə bu sahədə Azərbaycanın təcrübəsindən istifadə etməyin vacibliyini vurğulayıb: “İstəyirəm ki, çimərlik futbolu Olimpiya oyunlarının proqramına daxil edilsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR