Yağışlar nəticəsində Gəncə əhalisinə dəymiş ziyanın aradan qaldırılmasına 5 milyon manat ayrılıb

Yağışlar nəticəsində Gəncə əhalisinə dəymiş ziyanın aradan qaldırılmasına 5 milyon manat ayrılıb
# 29 iyun 2016 16:23 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR