Gəncədə piyadanı maşın vurub

Gəncədə piyadanı maşın vurub
# 23 fevral 2015 11:30 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə fevralın 23-də Gəncə-Samux yolunda baş verib.

Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Elvin Sabir oğlu Həsənov idarə etdiyi “VAZ 2105” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən, hələlik kimliyi məlum olmayan 50-60 yaşlarında kişini vurub.

Yaralı ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Qəza zamanı sürücü E. Həsənov da bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR