Ramazan Abdulatipov: “Yayda mədəniyyət və təhsil üzrə Rusiya-Azərbaycan simpoziumunun keçirilməsini planlaşdırırıq”

Ramazan Abdulatipov: “Yayda mədəniyyət və təhsil üzrə Rusiya-Azərbaycan simpoziumunun keçirilməsini planlaşdırırıq”
# 02 mart 2015 12:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova -APA. “Azərbaycan kifayət qədər sürətlə inkişaf edən ölkədir”. APA-nın məlumatına görə, bunu Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov “Vestnik Kafkaza” saytına müsahibəsində deyib.

R. Abdulatipov bildirib ki, Dağıstanla Azərbaycan arasında tarixi bağlılıqlar var: “Azərbaycanla Rusiya arasında müasir keçid-buraxılış məntəqəsinin tikintisini sürətləndirmişik. Azərbaycan Dərbəndin 200 illiyinin qeyd olunması üçün hazırlıq işlərində də iştirak edir. Biz yayda mədəniyyət və təhsil üzrə Rusiya-Azərbaycan simpoziumunun keçirilməsini planlaşdırırıq. Münasibətlərdə irəliləyişlər var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR