Bakıda yataqxanada 24 yaşlı gənc oğlan bıçaqlanıb

Bakıda yataqxanada 24 yaşlı gənc oğlan bıçaqlanıb
# 20 noyabr 2014 09:04 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da saat 03:00 radələrində Ağasadıq Gəraybəyli küçəsində yerləşən yataqxanada yaşayan 1990-cı il təvəllüdlü Fariz Baxışova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Talış Nazim oğlu Həsənov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR