“Unibank” məktəblilər üçün yeni aksiya keçirir

“Unibank” məktəblilər üçün yeni aksiya keçirir
# 29 avqust 2014 14:26 (UTC +04:00)

Bakı - APA-Economics. “Unibank” yeni dərs ili öncəsi valideynlər üçün kampaniyaya start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın “Albali Plus” kartı ilə başladığı kampaniya çərçivəsində, bu gündən sentyabrın 15-dək ən keyfiyyətli dərs ləvazimatlarını, ən sərfəli şərtlərlə almaq mümkün olub.

Yalnız “Albali Plus” (“Albalı”) kartı ilə “Grafika” mağazalarından istənilən dərs ləvazimatını alaraq, hissə-hissə ödəmək şansı yaranıb.

Eksklüziv olaraq, kart sahibləri üçün dərs ləvazimatına endirimlərdən isə “Əli və Nino” (15% endirim) və “Nil” (NT) (bütün mallara 10% endirim) mağazalarında faydalanmaq olar.

“Lekal” (seçilmiş mallara 10%-dək endirim) mağazaları da “Albali Plus” (“Albalı”) kart müştərilərinə xüsusi endirimlər təklif edir.

Kampaniya müddətində qeyd olunan mağazalardan məktəb alış-verişi edənlərə, üstəlik 3 taksit də bankdan hədiyyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR