Paytaxtda axtarışda olan şəxslər tutulub

Paytaxtda axtarışda olan şəxslər tutulub
# 19 noyabr 2015 09:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda axtarışda olan şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu rayon 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə saxlama) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Vüsal Həsənov tutulub.

Xətai rayon 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Nahid Məmmədov tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR